Türkiyənin səhiyyə naziri: “Yeni test dəsti ilə dörd virusu birdən müəyyən etmək mümkündür”

Türkiyənin səhiyyə naziri Fahrettin Koca yuxarı tənəffüs yolu infeksiyalarını artıq yerli istehsal dəsti ilə müəyyənləşdirilərək diaqnoz qoyulacağını açıqlayıb.

O, koronavirusu da skan edəcək yerli diaqnostika dəstindən qısa müddətdə xəstəxanalarda istifadə olunacağını deyib.

Tək bir dəstdən istifadə edərək dörd fərqli virus skan ediləcək:

“Bir dəst ilə A qripi, B qripi, COVID-19 və RSV (respirator-sinsitial virus - red.) eyni vaxtda müayinə olunacaq. İndi hansı yuxarı tənəffüs yolu infeksiyası olduğunu yeni test dəsti ilə ölkə daxilində öyrənmək imkanımız olacaq. Yəqin ki, bir ay ərzində işə salınacaq və müvafiq xəstəxanalarda istifadə olunacaq”.