Üçrəngli bayrağımızın Qərbi Azərbaycanda dalğalanacağı gün uzaqda deyil - Açqılama

“Cənab Prezident İlham Əliyevin yürütdüyü  uzaqgörən, qətiyyətli  siyasəti nəticəsində necə ki, biz  Qarabağa və Şərqi Zəngəzura qayıtdıqsa, eləcə də  Qərbi Azərbaycana dönəcəyik. Əminəm ki, bu tarixi torpaqlarımıza  qayıdacağımız  gün  elə də uzaq deyil”.

Bunu Ednews-a  açıqlamasında  İltizam Yusifov deyib.

Onun sözlərinə görə, 44 günülük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıtmağa hüququ  zəmin  və ümid yaradıb. “Müzəffər Ali Baş Komandanın  rəhbərliyi  altında  44 günlük Vətən müharibəsi nəticəsində  xalqımız son 270 ilində analoqu olmayan möhtəşəm bir Zəfər yaşadı. Ötən 270 il ərzində xanlıqlara parçalanan Azərbaycan  faciəsini 2020-ci ilin sentyabrınadək yaşamaqda davam edirdi.  Məhz cənab Prezidentin siyasi iradəsi, diplomatik məharəti, sərkərdəlik bacarığı nəticəsində bunlara  ilk dəfə son verildi və işğal altında olan torpaqlarımız azad edilərək, ərazi bütövlüyümüz bərpa olundu. Bu artıq yeni bir mərhələnin, tarixi torpaqlarımıza  dönüş üçün  başlanğıc oldu.  İnsanlarımızda öz tarixi torpaqlarına sahibləməsi üçün bir inam çırağı oldu. Bu tarix elə də uzaqda deyil”- o qeyd edib.

Deputat hesab edir ki,  tarixi torpaqlarımıza qayıdşı təmin etmək üçün   beynəlxalq aləmdə  aktiv işləyib, erməni saxtakarlığını ifşa edib, bunun üçün hüquqi zəminlər yaratmalıyıq: “Ona görə də cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasətə dünyada yaşayan bütün azərbaycanlılar, diaspora təşkilatları, diplomatlarımız öz töhfəsini verməlidir.  Həqiqətləri beynəlxalq ictimayyətə çatdırılması istiqamətində ermənilərin Qərbi Azərbaycanda  soydaşlarımıza qarşı indiyədək yürütdüyü  deportasiya, soyqırım  siyasətinin mahiyyəti açıqlanmalı və bu  faktlarla ortaya qoyulmalıdır.  Bu haqq  mübarizəsinin qələbə ilə nəticələnməsi üçün  xarici ölkələrdə davamlı  və aktiv şəkildə ən müxtəlif səviyyələrdə toplantılar təşkil edilməli, mediada çıxış edilməlidir. Dövlətlərin ən müxtəlif səviyyəli insanları, parlamentariləri ilə işlər  görülməlidir. Ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırım və deportasiya siyasətinə hüquqi qiymət verilməsi üçün beynəlxalq  məhkəmələrə sənədlər hazırlanmalıdır. Ümumiyyətlə bu məsələnin beynəlxalq aləmdə geniş miqyasda ictimailəşdirilməsi üçün ciddi işlər görməliyik. Əminəm ki, biz bu işləri planlı və aktiv  formada həyata keçirsək Qarabağı, Şərqi Zəngəzuru azad etdiyimiz kimi, tarixi Qərbi Azərbaycan torpaqlarında da üçrəngli Azərbaycan bayrağı dalğalanacaq heç də uzaq gün və tarixdə deyil, yaxında baş  verəcək. Biz hamımız Qarabağ və Şərqi Zəngəzurun azadlığını gördüyümüz kimi, Qərbi Azərbaycandakı doğma ata yurdlarımıza dönüşün şahidi olacağıq. Cənab Prezidentin  rəhbərliyi altında yürütdüyü  müdrik siyasət nəticəsində bu tarixi qələbəni də yaşayacayıq”.