UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiya"nı qəbul edəcək

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Sabahinfo.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.

Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Səfərdəki ilk oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu