UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin adları açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İstifadəçilər sayta daxil olaraq öz səslərini Erlinq Holand (“Borussiya”), Məhəmməd Salah (“Liverpul”), Kilian Mbappe (PSJ) və ya Serjio Oliveyruya (“Portu”) verə bilər.

Xatırladaq ki, Çempionlar Liqasında növbəti qarşılaşmalar 23-24 fevral tarixlərində oynanılacaq.