"Ukraynada keçirilən hərbi əməliyyatlar plan üzrə getmədi"-Rüfət Quliyev

Millət vəkili Rüfət Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində Rusiya Ukrayna müharibəsi və bu müharibə fonunda Azərbaycanın həyata keçirdiyi işlər barəsində danışıb. Müsahibəni təqdim edirik:

-Hörmətli Rüfət müəllim. Hal-hazırda dünyanın gözü Rusiya ilə Ukrayna arasında mövcud vəziyyətlə əlaqədar yaşanan hadisələrdədir. Siz necə düşünürsüz Putin Ukrayna bataqlığında batacaq ?
-Mən bir çox ekspertərin dediyinə istnadən deyə bilərəm ki, Ukraynada keçirilən hərbi əməliyyatlar plan üzrə iki-üç günə qurtarmalı idi. Lakin hadisələr plan üzrə getmədi. Müharibənin bu qədər uzanmasına Rusiya hərbi strukturları hazır deyildi. Rusiyanın bu müharibədə verdiyi itkiləri nəzərə alsaq istər canlı qüvvələri, istər hərbi texnika baxımından biz onların bu qədər uzun çəkən müharibəyə hazır olmadıqları qənaətnə gələ bilərik. Rusiyanın verdiyi itkilərlə yanaşı onlara qoyulan sanksiyalar Rusiyanı həm də iqdisadi baxımından da zəiflətdi. Bizim qardaş ölkənin Prezidenti Cənab Tayib Ərdoğan elə də bizim Cənab Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasiında baş verən müharibənin dərhal dayanması yönündə bir çox işlər həyata keçirirlər ki, Rusiya ilə Ukrayna arasında barış, sülh olsun. Bu səylərin nəticəsidir ki, ötən gün İstanbulda Rusiya ilə Ukrayna arasında görüş baş tutdu. Ümid edirik ki, tezliklə bu danışıqlar müsbət nəticəsini verəcək. İki dövlət arasında müharibə sona çatacaq. Sülh müqaviləsi imzalanacaq. Bu da Türkiyənin dünyada Beynəlxalq münasibətlərində yüksək reytinq göstərməsi deməkdir. Artiq Türkiyə Beynəlxalq məsələlərdə aparıcı ölkələrdən birinə çevrilib. Bu hal Azərbaycan üçündə müsbət təsir deməkdir. Bu gün baş verən hadisələrdən dolayı Rusiyanın da hərbi siyasətinin yumşalmasını görə bilərik. Müharibənin uzun çəkməsi, cox sayda hərbi canlı qüvvə, hərbi texnika itirməsi, sanksiyalar, iqtisadi zəifliyi, maliyyə həm də işsizliyin baş verməsi , dünya aparıcı şirkətlərinin ölkədən çıxmasını nəzərə alsaq Rusiyanı yaxında danısıqlar masasında diplamatik yolu seçərək sülh sazişinin imzalamasının şahidi ola bilərik.
-Bu münaqişənin Azərbaycana nə kimi təsirləri gözlənilir ?
-Azərbaycan ücün təsiri iqtisadi yöndədir. İlk növbədə taxılnan əlaqədardır. Beləki Rusiya ilə Ukrayna birlikdə dünya bazarına otuz faiz taxil ixrac edir. Bizə idxal olunan taxılın bir qismi Qazaxıstandan, bir qismi Rusiyadan, bir qismi də Ukraynadan gəlir. Artıq Rusiya sanksiya altındadır, orada müəyyən problemlər yaşanmalı olacaq. Ukraynada müharibə şəraitinə görə demək olar kənd təsərrüfatının inkişafı dayandı.Sonra nəqliyyat problemləri, hava limanında olan problemlər yəni uçuşlarla əlaqədər qoyulan sanksiyalar. Rusiyada iki milyon yarıma qədər yaşayan azərbaycanlılar var ki oradan pul qazanır qohum-əqrabalarına pul göndərirdilər. Artıq onların müəyyən qismi vəsait qazana bilməyəcəklər. Maliyyə problemləri də var ki, bankdan –banka pul köçürmələri məhdudlaşdırılıbdır. Rusiya bazarına azərbaycanlıların çox marağı vardır. Azərbaycanın Rusiya bazarında kifayət qədər payı vardı, bununla əlaqədər müəyyən problemlər yarana bilər. Başqa qida məhsulları var hansı ki, biz onları Rusiyadan, Ukraynadan alırdıq onlarda muəyyən problemlər yarana bilər. Neft-qazla bağlı da Rusiyaya tətbi edilən saksiyaların bir ucu da bizə toxunur. Deyim ki, Azərbaycan dövləti artiq bir aydan coxdur ki, bu problemlərin həlli yönündə bir çox işlər görür. Mən inaniram ki dövlət bu problemlərin hamısını tənzimləyəcək. Bir məsələni də unutmamalıyıq ki, dünyada baş verən infilyasiya Azərbaycanada öz təsirini göstərəcək.

-Rüfət müəllim bildiyimiz qədər siz Ukraynada təhsil almısız. Elmi işinizi də Ukraynada müdafiə eləmisiniz. Bir iqtisadçı alim kimi fikirləriniz maraqldır. Rusiya Ukrayna müharibəsinin dünya iqtisadiyyatına necə təsiri olacaq?
-Bəli düz deyirsiz. Mən təhsilimi Kiyev Dövlət Universitedində almışam. O vaxt Ulu Öndərin səyləri nəticəsində hər il minə yaxın Azərbaycan gəncləri Azərbaycanın aparıcı Universtetlərinə o cümlədən Moskva Dövlət Universitetinə göndərirdilər ali savad almağa. Bəli elmi işlərim də Kiyev Universiteti ilə bağlıdır. Mən hal –hazırda da Kiyev Milli Universitetinin öz doğma fakültəmin professoruyam. Bu müharibə nəticəsində dünya iqtisadiyyatı bu ilin axırına qədər bir faiz geriləyəcək. Bu dünya eksbertlərinin, BMT-nin, Avropa maliyə strukturlarının ekspertlərinin fikridir. Pandemiyadan sora 2022 –ci ildə də 1 faiz geriləmə dünya üçün böyük itki deməkdir.

-BNA ilə bağlı qaldırdığınız məsələdən sonra BNA Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə verildi. Yenəmi bu qurumdan şikayətləriniz var?
-Bu qurumun bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, bir hissəsi də Daxili İşlər Nazirliyinə keçdi. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamışam. Mənə bildirdilər ki, bu qurumla təhvil-təslim prosesi gedir proqramlar hazırlanır. Düşünürəm ki ilin axırına qədər böyük dəyişikliklər olacaq. Artıq yay ayından sonra biz bu dəyişiklikləri Bakı şəhərində hiss edəcəyik, əsasən də sürücülər hiss edəcək.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri