Rusiya qoşunlarında Ukraynaya qarşı müharibədə iştirakdan imtina və ciddi itkilər səbəbindən komandir çatışmazlığı var.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir.
Qeyd olunur ki, söhbət Rusiya Federasiyasının Mərkəzi Hərbi Dairəsindən gedir:
“Mövcud məlumata görə, Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində taqım komandirlərinin şəxsi heyətinin səviyyəsi aşağı olaraq qalır. Səbəb xeyli itkilər və Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtinadır”.
Həm də bildirilir ki, Ukrayna ərazisində işğalçıların qida ilə təmin olunmaması hallarının baş verməsi ilk dəfə deyil.