Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 43 900 hərbçisi məhv edilib".

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 880 tank, 4 152 zirehli döyüş maşını, 989 artilleriya sistemi, 263 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopter, 790 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 049 avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.