Ukraynada 1026 yaşayış məntəqəsi ruslardan azad edildi

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna müdafiə qüvvələri 1026 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko məlumat yayıb. 

"1026 yaşayış məntəqəsi azad edilib. İşğal olunmuş ərazilərdə infrastruktur bərpa olunur", - deyə o bildirib.