Ukraynadan qayıdan Boris Conson əməliyyat olundu

Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 20-də burun nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.

Sabahinfo.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, Baş nazir əməliyyatdan sonra istirahət edir.

Qeyd edək ki, Boris Conson ötən həftə Ukraynaya səfər etmişdi.