Ülvi Quliyev Elşad Həsənovla birgə Yasamal sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşları dinləyiblər. Səyyar qəbul rayondakı 52 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Daha sonra söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin sosial durumu, bank borclarının ödənişi, sosial yardım, istismar müddəti bitmiş binaların söküntüsü və yenilərin tikintisi, məşğulluq, qəzalı vəziyyətdə olan fərdi evlər, içməli su təchizatı və bir sıra sosial xarakterli məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.