Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb

Artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur: "Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik".