Vasif Talıbovun qardaşı vəzifədən azad edildi

Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

Sabahinfo.az xəbər verir ki, M.Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti  təsdiqləyib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.