Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni sədr müavinləri məlum olub.

“Report” xəbər verir ki, bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında elan edilib.

Belə ki, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov Kollegiyanın Rəyasət Heyətinin yeni sədr müavinləri seçilib.

Qeyd edək ki, konfransda Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.