Vətən müharibəsində qazandığı Tarixi Qələbə Azərbaycanın üçtərəfli görüşdə siyasi uğurunun açarıdır

Qalib Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı,onun şanlı və rəşadətli ordusu misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi həll edildi.

Tarixi Qələbə dövlətimizə, onun Müzəffər Prezidentinə və Qalib Ali Baş Komandana imkan verdi ki, qalib ölkənin rəhbəri kimi ölkəsinin və xalqının haqq işini beynəlxalq qanunlar çərçivəsində həll edə bilsin.

Nəticədə, 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat Azərbaycanın şanlı Qələbəsinin, işğalçı Ermənistanın isə hərbi kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi kimi dünya ictimaiyyətinə bəyan edildi. Bu bəyanat Azərbaycanın regionda və dünyada yeni reallıqlar yaratmasına yol açdı.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra keçən ilin noyabr ayının 9-da imzalanmış 9 maddədən ibarət üçtərəfli bəyanatda əks olunan strateji prinsiplərin reallaşdırılmasının gedişini, cari ildə əsas hədəflərin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək və düzgün çıxış yolunu tapmaq olub.

Bu üçtərəfli görüşdə imzalanmış 4 maddəlik bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. Qalib ölkə kimi tarixi Zəfərimizin möhkəmləndirilməsi üçün növbəti mərhələ oldu. 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası və açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması, işçi qrupunun yanvarın 30-dək ilk iclasını keçirməsi barədə razılıq əldə edilməsi region dövlətlərinin maraqlarına cavab verir. Çünki qısa zaman kəsiyində fəaliyyət istiqamətləri üzrə yaradacaq ekspert alt qrupları dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təşkil olunacaq . Onlar bir ay ərzində layihələri hazırlayacaq, onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.

Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının 30 ildən sonra bərpa edilməsi və istismara verilməsi təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kommunikasiya xətlərinin açılması nəticəsində Naxçıvan uzunmüddətli blokdan çıxacaq və iqtisadi xərclərimiz xeyli azalacaqdır.

Ərazi bütövlüyü bərpa edilmiş ölkəmiz Türkiyə, İran İslam Respublikası və Rusiya ilə iqtisadi əlaqlərinin daha da inkişaf etdirmək və genişləndirmək imkanı əldə edəcəkdir. Azərbaycanın cənubi Qafqaz regionunda iqtisadi prosesləri sürətləndirmək üçün nəhəng layihələrin icrasında fəal iştirakı ölkəmizin geoiqtisadi əhəmiyyətini artacaqdır. Azərbaycan regionun gələcək inkişafının təminatçısı kimi beynəlxalq daşimalarda daha fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına layiqli töhfə verəcəkdir. Regionun iqtisadi yüksəlişi və bölgədə sülhə dəstək vermək təhlükəsizliyin dayaniqli olmasını da təmin edəcəkdir.

İlham Əliyevin Moskvaya səfəri, imzalanan üçtərəfli Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan hərb meydanında qazandığı Zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Təbii ki, ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub. Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır.

Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalardan tam şəkildə aydın olur ki, danışıqlarda Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü tələblər haqlı olduğuna görə bəyənilmiş, nəticədə yeni imzalanmış bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədiyinə görə status məsələsi müzakirə mövzusu olmayıb.

Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant-terrorçularının əsir kimi qələmə verib azad olunması olsa da, bu məsələ də həllini tapmadı.

Ermənistanın millətçi və faşist idelogiyasından əl çəkməyən siyasi dairələri türk düşmənçiliyi mövqeyi tutan təşkilatları region üçün yaranmış yeni reallıqları sanki görmür, imzalanmış sənədlərin icrasından yayınmaq istəyirlər. İmzalanmış biabırçı məğlubiyyətdən ibrət götürmək və düzgün nəticə çıxarmaq əvəzinə hələ də Böyük Ermənistan yaratmaq xülyasından çıxmağı özlərinə rəva bilmirlər. Ancaq onlar yaxşı-yaxşı dərk etməlidirlər ki, aclığa və səfalətə qərq olmuş eməniləri və dağılmaqda olan Ermənistanı xilas etməyin yeganə düzgün yolu üçtərəfli bəyənatların tələblərinin yerinə yetirliməsinə qoşulmaq və regionda sülhü dayanıqlı etməkdir. Ölkədə sabitlik yaratmaqla, iqtisadi layihələrdə iştirak etmək şansı əldə etməklə ölkənin iqtisadiyyatını bərpa etmək olar. Reallığı düzgün qiymətləndirib regionda sabitlik yaradılmadığı halda Müzəffər prezident, Qalib

Ali Baş Komandan İlham Əliyev cənablarının onlara xatırlatdığı kimi dəmir yumruq işə düşəcək və nəticədə Ermənistan bir dövlət kimi yer üzündən silinmək təhlükəsi ilə yenidən üzləşməli olacaqdır. Ona görə də nə qədər gec deyil Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. İmzalanmış sənədlərdən imtina etmək əvəzinə onlara heç bir irad irəli sürmədən yerinə yetirmək Ermənistanı gözləyən dəhşətli iqtisadi və siyası böhrandan çıxması üçün yeganə nicat yoludur

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün Moskva görüşü çox vacib və əhəmiyyətli idi.

Azərbaycanın Böyük Vətən müharibəsində qazandığı tarixi qələbəni diplomatik müstəvidə davam etdirməsi dünyada yeni reallıqlar yaratmasına geniş yol açmaqla regionda dayanaqlı sülhə də təminat yaradır.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı