“Vətəndaş artıq ödənilən pensiya məbləğini geri qaytarmalıdır”

“Pensiyaların artıq ödənilməsi ilə bağlı məmurlar Cinayət və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunurlar”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib. O, artıq ödənilən pensiyanın geri qaytarılması məsələsinə də aydınlıq gətirib.

“Artıq ödənilən pulun qaytarılması üçün son 3 illik müddətə amnistiya tətbiq edilib. 3 ildən əvvəlki müddətə gəlincə, vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, özü də onu qaytarmalıdır. Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib”, - deyə o əlavə edib.