SABAHİNFO.AZ qaliblər arasında

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında elan etdiyi “Vicdan azadlığı və media” mövzusunda yazı müsabiqəsinin qalibləri müəyyən olunub.

Müsabiqənin nəticəsinə görə, Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) I, Sevinc Qarayeva (“525-ci qəzet”) və Günay Elşadqızı (APA İA) II, Aytən Abdulova (Azərbaycan Televiziyası), Samirə Abdullayeva  (Report İA) və Elnurə Abuşova (Azadmedia.az) III yerlərə, Könül Aypara (Space Tv), Aygün İbrahimova (Elxeber.com), Bəxtiyar Məmmədli (“Kaspi” qəzeti), Aytən Zəhra (Azvision.az), Vaqif Bayramov (“Xalq” qəzeti) və Ədil Ədilzadə (Sabahinfo.az) həvəsləndirici mükafatlara layiq görülüblər.