XALQDAN LİDERİNƏ BÖYÜK ETİMAD

2003-2018-ci illərdə Azərbaycan dünya miqyasinda ən sürətlə inkişaf edən ölkə kimi tarixə düşüb. Xalq İlham Əliyevə etimad göstərib prezident seçəndən sonra ölkəmiz iqtisadi və mənəvi cəhətdən daha da zənginləşib. Azərbaycan gələcəyə doğru inamla irəliləyib. Prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqa müraciətində bildirir ki, biz güclü dövlət qurmuşuq və quracağiq.

Bəli, İlham Əliyevin rəhbərliyi altında qarşıdakı dövr ərzində Azərbaycanın daha güclü və qüdrətli ölkəyə çevrilməsi gözləniləndir. Bu günə qədər həyata keçirilən addımlar və qarşıya qoyulan məqsədlər qarşıdakı dövr ərzində Azərbaycanın daha güclü və qüdrətli inkişaf etmiş dövlətə çevrilməsinə əsaslı zəmin yaradır. Prezident İlham Əliyev: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz” - bunu aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan möhtəşəm konsert proqramında çıxış edən Prezident İlham Əliyev deyib: Bəli, Azərbaycan öz seçimini etdi, Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu günə kimi ən yüksək zirvələrə çatıbdır. İlham Əliyevin dediyi kimi – “bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq. Biz hamımız çalışmqalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək.” Müstəqillik dövründə yetişib formalaşan gənclər xarici dilləri, müasir texnologiyaları öyrənib, dünyada bütün texnoloji nailiyyətlərə yiyələniblər. Buna görə də dövlət Azərbaycan gəncliyi ilə gələcəyə ümidlə baxır.

İlham Əliyevin qələbəsi Azərbaycan xalqı üçün bayramdır. 11 aprel prezident seçkiləri Azərbaycanda uğurla başa çatıb. Xalq öz seçimini edib və qalib olmuş İlham Əliyevin növbəti prezidentliyini təntənə ilə qarşılayıb. İlham Əliyev millətin tarixi taleyini öz üzərinə götürən bir şəxsiyyətdir. O, Azərbaycanın bir simasına çevrilərək, ölkəmizi yeni bir simada dünyaya tanıdıb,çox ciddi problemlərimizi aradan qaldırıb.Ən əsası isə Azərbaycan dünya dövlətləri arasında yeni olan bir dövlətə çevrilib. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkiyə hazırlıq işlırini qanunvericiliyə tam uyğun olaraq yüksək səviyyədə hazırlaşmış, şəffaf, demokratik səsvermə üçün bütün şəraiti təmin etməşdir. İlham Əliyevin inamlı qələbəsini 800-dən çox beynəlxalq müşahidəçi, o cümlədən MDB-dən 200 müşahidəçi izləyirdi. Onların qeyd etdiyi kimi seçkilər prosesində heç bir pozuntu aşkar edilməyib. Seçkilər yaxşı təşkil olunmuşdu və intizamla keçdi. 

Bu gün İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, yer üzündə sabit, təhlükəsiz bir müsəlman olkəsi var. Bu sabitliyi əldə saxlamaq üçün necə ki, xalq İlham Əliyevi dəstəklədi, bu dəstəyimizi davam etditməliyik. Azərbaycan sözün həqiqi mənasında güclü dövlətə çevrilib, güclü ordumuz var, iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr kimi tanınıb. Azərbaycan peykləri fəzada texniki vəzifəsini yerinə yetirir. Energetika, nəqliyyat sahələrində ölkəmiz və dünya üçün vacib olan layihələr icra edilib və edilir. Bütün bu layihələr xalqımızın firavan yaşaması, ölkəmizin gələcək uğurları üçün onilliklər ərzində xidmət göstərəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ölkənin inkişafında İlham Əliyevin çox böyük şəxsi xidmətlərini layiqincə qiymətləndirir,onun müstəqil demokratik dövlət quruculuğuna yönəlmiş gələcək siyasi və sosial-iqtisadi dəyişikliklər proqramını dəstəkləyir.

 

 

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatında məsləhətçi