Xankəndi-Laçın: Mübarizənin 113-cü günü

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki. bu gün aksiyanın 113-cü günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar bu səhəri də adəti üzrə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Aksiya iştirakçılarının tələbləri və şüarları ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.