Xankəndi-Laçın yolu: Mübarizə 96 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 96-cı günüdür. 

Aksiya gecə saatlarında da davam edib. İştirakçılar adəti üzrə günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur. İştirakçılar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, Laçın-Xankəndi yolu aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.