Xankəndi-Laçın yolunda aksiya 86 gündür davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 86-cı günüdür.

Aksiyanı gecə saatlarında da davam etdirən iştirakçılarnövbəti günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiyanın tələbləri və şüarları dəyişməz olaraq qalır. Belə ki, iştirakçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirləar. Aksiyada Azərbaycan, rus və ingilis dillərində "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirilir.