Xankəndi-Laçın yolunda mübarizənin 114-cü günü

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki. bu gün aksiyanın 114-cü günüdür.

Aksiya gecə saatlarında da davam etdirilib.

Bu səhəri də adəti üzrə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açan etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.