Xankəndidə keçirilən parad - Zərəfimizin tarixi və unudulmaz günü

Noyabrın 8-də Azərbaycan  təntənəli şəkildə Qələbə Gününü qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında  hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Həmçinin bütün ölkə üzrə vətəndaşlarımız da yürüşlər və bayram tədbirləri keçirildi. Bizə bu möhtəşəm hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsini  yad etmək üçün  insanlar fəxri xibalara üz tutaraq, onları ziyarət etdi. Bəli, bu, müqəddəs müharibə və Azərbaycan ruhunun, mərdliyinin, vətənpərvərliyinin parlaq qələbəsi idi.  

Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə  zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər  işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi,  Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.   O zaman  bir çoxları, xüsusən də müxtəlif xarici ölkələrdə Azərbaycan əleyhinə  fəaliyyət göstərən  anti-milli qüvvələr  "Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edə bilməyəcək","Niyə Xankəndinin yaxınlığında dayandıq?", "Ağdam, Kəlbəcər, Laçın niyə işğaldan azad olunmadı?", "Bəs Xocalı, Ağdərə, Xocavənd, Xankəndi?", "Azərbaycan Xankəndini və bütün Qarabağ iqtisadi zonasını öz nəzarətinə qaytara bilməyəcək" kimi  fikirlər yazır, bunu  öz aləmlərində əsaslandırmağa çalışır, xalqımızın düşüncələrəndə şühbə toxumları  səpməyə çalışırdılar. Lakin onlar yenə də öz  ənənəvi səhvlərini etdilər və əsas məsələni nəzərə almadılar - Azərbaycanın rəhbərliyində qlobal miqyaslı siyasi xadim dayanır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə sübut edib ki, o, nəyi, necə və nə vaxt edəcəyini mükəmməl bilir. Və bu gün işğaldan azad edilmiş Xankəndində hərbi paradın keçirilməsi də bunun əyani sübutudur. Amma o zaman, üç il əvvəl Azərbaycan xalqı dövlətimizin başçısının haqlı olaraq “Qarabağın tacı” adlandırdığı qədim  Şuşanın işğaldan azad edilməsini qeyd etdi.

Ordumuz Şuşini azad edəndən sonra Ermənistanda və dünya erməniləri sırasında nə qədər sarsıntı olduğunu  hamımız yaxşı xatırlayırıq.   Çünki hər kəs bilirdi ki, Şuşaya kim nəzarət edirsə, Qələbə də onundur. Bir gün sonra Ermənistan kapitulasiya aktına imza ataraq, üzrənə bir sıra öhdəliklər götürdü. Ağdam, Kəlbərcər, Laçın  1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin dediyi kimi: "44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi". Ölkə başçısı bir dah göstərdi ki, onun üçün hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı daha önəmlidir. Bütün gedişləri, çoxtərəfli imkan və situasiyaları dəqiqliklə hesablayaraq, təhlil edərək verdiyi  tarixi qərarlarla xalqı ancaq Qəlbəyə, İnkişafa, Tərəqqiyə aparan Lider İlham Əliyev bu dəfə də haqlı olduğunu sübut etdi.  

"O zaman Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. O vaxt müharibənin dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi parad keçirməyimiz - Bunun nə qədər düzgün və müdrik addım olduğunu bir daha göstərir”, - deyən dövlətimizin başçısı üç il əvvəl baş vermiş hadisələri xatırlatdı. Və yenə də onun dediklərinin hamısını mübahisə etmək mümkün olmadığı barədə sadə düşüncəyə qapılırsan. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bəsirətinə, uzaqgörənliyinə, təcrübəsinə ancaq heyran olmaq olar. Bircə onu qeyd edim ki, Xankəndindəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirilib. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini daha bir nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Bəs bütün bu təxribatçı fəaliyyətin nəticəsi nə oldu? Bütün dünya bunu görə bilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndində isə Azərbaycanın Prezidenti, Ali Baş Komndanı Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.  "Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq". Bunu Azərbaycan Prezidenti işğaldan azad edilmiş Xankəndində ddi. Gördüyümüz kimi, zəfərli siyasəti bütün dünyada tanınan və öyrənilən dahi strateq-taktik Azərbaycanın tarixi təntənəsində şəxsi xidmətləri haqqında bir kəlmə belə demədi  və bu  həmişə belədir. Azərbaycan Prezidenti İlham Əliyevin düz bir il əvvəl, elə həmin Qələbə Günündə dediklərini yada salaq. “Biz təkcə ərazi bütövlüyümüzü deyil, həm də milli qürurumuzu, milli ləyaqətimizi bərpa etmişik. Ona görə də, əziz hərbçilər, biz sizə borcluyuq, sizin kimi on minlərlə əsgər və zabitə borcluyuq və bunu Azərbaycan xalqı yaxşı bilir. Mən Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında ən mühüm, ən təsirli məqam idi. Bu, ordusu ilə fəxr edən bir komandirin sözləri idi. Bu, oğulları ilə fəxr edən atanın sözləri idi. Belə bir tarixi şəxsiyyətin dövlətimizin başında olması isə Azərbaycan üçün yeni, parlaq uğurların təminatıdır.

Hazırda dünya böyük transformasiyadan keçir. Beynəlxalq və humanitar müdafiə və təhlükəsizlik sisteminin gözümüzün qarşısında çökdüyünü söyləmək olar. Azərbaycan isə  özünü təkcə regionun deyil, həm də dünya birliyinin və əsas beynəlxalq qurumların lideri kimi fəal şəkildə bəyan edən ölkədir.

Bu gün alnı açıq, başı dik və fəxrlə - mən bütöv və suveren Azərbaycan vətəndaşıyam- deyirirk.Bütün bunlara nail olmağımızda Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinin rolu qeyd-şərtsizdir. Onun qlobal lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellekt səviyyəsi, xalqına və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində  30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. O bir tərəfdən  öz siyasi iradəsini nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin icrasında yüksək peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə təbliğ etmək, dövlətçiliyi və xalqı müdafiə etmək  üçün  bütün diplomatik bacarığını sərgiləyir. 

Bu gün elə bir vəziyyət yaranıb ki, dünya səhnəsində qüvvələrin yerdəyişməsi qaçılmazdır. Dünya təkcə birqütblülük və hətta ikiqütblülüklə mübarizə aparmır. Bu gün transformasiya getdikcə daha geniş yayılmış və hibrid xarakter almaqdadır. Bu gün döyüş meydanında və ya danışıqlar masası arxasında vuruşa bilmək kifayət deyil. Bu gün dünya təkcə resursları, təbii sərvətləri və faydalı qazıntıları bölüşmür, bu gün dünya informasiya məkanında yeni müharibə sistemi formalaşdırır. Bütn bu qlobal hadisələrin fonunda biz dinamik inkişaf edən Azərbaycanı, dinamik inkişaf edən Qarabağı, Şərqi Zəngəzuru  görürük. 
Qələbəmiz, Zəfərimiz və Uğurlarımız davamlı olsun!
 

Milli Məclisin Komitə sədri,
 professor Hicran Hüseynova