Xəzər sahillərində ölü tapılan suitilərdə quş qripi aşkar edildi

2022-ci ilin dekabrında Dağıstanda Xəzər sahillərində ölü tapılan suitilərdə quş qripi aşkar edilib.

Bu barədə Dağıstan Dövlət Universitetinə istinadən xəbər verir.

“Xəzər suitilərinin kütləvi ölümü ilə bağlı ilkin araşdırmalar heyvanların quş qripinə yoluxduğunu göstərdi. Eyni zamanda, məhz virusun onların ölümünə səbəb olması qənaətinə gəlmək hələ tezdir, araşdırmalar davam edir”, - deyə universitetin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib.

Ekspert qeyd edib ki, 2022-ci il yazın sonunda suitilərin əsas yaşayış yerlərindən biri hesab edilən Malıy Jemçujnıy adasında “H5N1” quş qripi ştammından quşların kütləvi tələfatı aşkar edilib. Nəticədə mütəxəssislər eyni şeyin suitilərlə də baş verə biləcəyini ehtimal edirlər.