Xəzərdə zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 05.49-da Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələnin maqnitudası 3,9, yeraltı təkanların dərinliyi 62 km olub.