Xilaskar lider

Bu gün dünya azərbaycanlılarının lideri, möhtərəm cənab Prezident İlham Əliyevin doğum günüdür. 

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan daima tarixi qələbələrə imza atıb, sərhədələrimiz, süverenliyimiz bərpa olunub, 30 il müddətində qaçqın həyatı yaşayan vətəndaşlarımız Böyük Qayıdışla öz evlərinə, ocaqlarına qayıdır. İstənilən ölkə rəhbəri, lider üçün bu 100 illiklərlə tarix kitablarında əks olunmağa, öyrənilməyə əsasdır.

Xoşbəxtik ki, bizim liderimiz müzəffər liderdir, xilaskardır, öz siyasəti, davranışı ilə vətənpərvərliyi xalqına aşılayandır. 

Ulu Öndərin məşhur və tarixi olan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" ifadəsini bu gün hər birimiz dünyanın istənilən nöqtəsində qürurla səsləndiririk. Bu ali hissləri və imkanı bizə yaşadan cənab Prezident İlham Əliyevdir.

Möhtərəm Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm, onun rəhbərliyi ilə dövlətimizə davamlı Qələbələr arzulayıram.

Emin Hacıyev

Milli Məclisin deputatı