Xocalıda traktor MİNAYA DÜŞDÜ

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur. 

Araşdırma aparılır.