YAP "Heydər Əliyev ili" çərçivəsində nə iş görəcək?

"Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı olaraq Ümummilli Liderin 100 illiyinə həsr olunmuş müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar keçirməyi və bir sıra digər tədbirləri reallaşdırmağı nəzərdə tuturuq".

SABAHİNFO.AZ xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Bütövlükdə, “Heydər Əliyev İli” çərçivəsində respublika səviyyəsində və ölkəmizin hüdudlarından kənarda keçiriləcək tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəsilə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi və bütövlükdə müasir müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.