YAP Sumqayıt şəhər təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir

YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı ZakirFərəcov, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Millət vəkili Müşfiq Məmmədli, Ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak ediblər.