YAŞAT Fondunun 13 milyon vəsaiti qalıb

“YAŞAT” Fondunun (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) 13 256 797 AZN vəsaiti qalıb. SABAHİNFO.AZ xəbər verir ki, bu məlumat Fondun saytında yer alıb. Məlumata görə bu günə qədər Fonda ümumilikdə 73 711 301 AZN vəsait daxil olub ki, daxil olan vəsaitin 60 454 504 AZN-i aidiyyatı üzrə xərclənib.