"Yaxın gələcəkdə Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq" - Deputat

“Qərbi Azərbaycan İcmasının məqsədi etnik azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və bu cinayətləri törədənlərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir”. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli deyib.

"Əsas hədəfimiz öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz yurdlarına qayıtmasından ibarətdir. İnanıram ki, yaxın gələcəkdə Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq”.