Yaxşılıq etməyin mənası

Salam, necəsiz? İstəyirəm bu gün bir qədər dəyişiklik edim. Qarşınıza bu dəfə hekayə ilə yox, söhbətlə gəlmişəm. Budəfəki mövzumuz yaxşılıq etmək haqqında olacaq.
 İnsanlar  tez-tez olmasa da, həyatları boyunca bir-birilərinə  az da olsa, yaxşılıq edirlər. Amma elə insanlar da vardır ki, yaxşılıq etməyə fürsət  tapmadan həyatdan köçüb gedirlər. Bunu bir kənara qoyaq və mövzuya başqa bir baxış acısından baxaq. Təsəvvür edin ki, yol gedirsiz.  Qarşıda əlində  sellofan torbalı yaşlı qadın gedir.  Bu zaman qadının əlində olan sellofan torba cırılır, onun nəvələri üçün aldığı almalar yerə dağılır. Yaşlı qadın dağılmış almaları yığmağa macal tapmamış maşınlar almaların üstündən keçib gedir. Əgər siz həmin anda qadına kömək edib yerə düşən almaları yığsaydınız, qadın evə, nəvələrinin yanına əliboş qayıtmazdı, nəticədə siz həmin xalaya yaxşılıq etmiş olacaqdınız. Kömək etdiyiniz insanın yaddaşında isə yaxşı biri kimi qalacaqdınız.
Bunu öz üzərimizdə də fikirləşək.  Məsələn, siz yol gedirsiz və cibinizdən pul düşür. Əgər o pulu tapan vicdanlı adamdırsa, gətirib sizə verəcək. Bu zaman o,  sizə yaxşılıq etmiş olur.  Gətirməsə isə, siz axtarıb pulu tapa bilməyəcəksiz. İndi isə keçək yaxşılığın əsas məğzinə. Bura kimi danışdıqlarımı böyük ehtimal ki, hamınız bilirsiniz. Yaxşılıq, əslində, qarşı tərəfi və sizi məmnun edəcək, vicdanınızı rahat tuta biləcəyiniz hərəkətlər etməkdir.  Məncə, bu yaxşılığın tərifidir. Bura qədər hər şey aydındır. Bəs yaxşı, yaxşılıq etmək mənim nə işimə yarayacaq deyə fikirləşənlər ola bilər. Bir anlıq təsəvvür edək ki, kimsə yüz manat pul itirib və adam evə çatanda pulunun itdiyindən xəbər tutur. Bu zaman nə baş verəcək?  Əgər həmin şəxs uşaqdırsa, valideynləri böyük bir ehtimalla onu danlayacaqlar. İndi isə keçək o yüz manatı tapana. Tutalım o pulu siz tapıbsız. Pulu götürüb gedirsiz məhəllənizdə yemək- içmək alırsız, oturub parkda yeyirsiz. Bu zaman ananızın rəfiqəsi sizi görür və bu haqda ananıza söyləyir. Siz də heç nədən xəbərsiz yeyib-içib gedirsiz evə.  Qapıda sizi ananız  qarşılayır. Deyək ki, ananız rəfiqəsinə övladını pis vəziyyətdə qoymamaq üçün deyəcək ki, pulu mən vermişdim. Amma sizdən bu qədər pulu haradan tapdığınızı soruşacaq. Hətta sizin oğurluq etdiyinizi belə düşünəcək. Nəticədə nə desəniz belə, ananız sizə inanmayacaq, həm döyüləcəksiz, həm də sizə hansısa qadağalar qoyulacaq. Əgər siz tapdığınız pulu sahibinə aparıb versəydiniz,  bunların heç biri olmayacaqdır. 
Deməli, siz nəinki qarşınızdakı insana, hətta özünüzə belə yaxşılıq etmiş olursunuz.
Bura qədər oxuyan hər bir kəsə minnətdarlığımı bildirirəm. Başqa bir hekayədə görüşənədək deyib, sizinlə sağollaşıram.

Yazan: Ayxan Ədilzadə

Redaktor: Tünzalə Xəlilova

Mövzu: Ədil Ədilzadə