Yeni baş nazir ilk səfərini Brüsselə edəcək

İtaliyanın yeni baş naziri Giorgia Meloninin ilk xarici səfəri diqqət mərkəzindədir. SABAHİNFO.AZ xəbər verir ki, xanım baş nazir vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərini Belçika Krallığının paytaxtı Brüsselə edəcək.

İtaliya Nazirlər Şurasından verilən məlumatda qeyd olunur ki, G.Meloni Brüssel səfəri çərçivəsində noyabrın 3-də Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ilə görüşəcək.

 

Ədil Ədilzadə
SABAHİNFO.AZ