Yeni saziş Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətləri daha da yüksək səviyyəyə çatdıracaq

"Prezident İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda görüşdü. Bu görüşdə Avropa İttifaqı və Azərbaycan arasında olan münasibətlərin hansı səviyyədə olduğu açıq-aşkar görüldü".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova deyib ki, görüşdə bir çox məsələr barədə danışıldı və əsas məsələ isə Prezident İlham Əliyevin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işlənildiyi barədə açıqlaması oldu:

"Sazişin gələn ay başa çatması nəzərdə tutulur. Aydındır ki, yeni saziş Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətləri daha da yüksək səviyyəyə çatdıracaq. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqı ilə ikitərəfli formada işləyirdi. Yeni sazişdən sonra münasibətlərin və planlarda olan məsələlərin tez zamanda daha da yüksəlməsi asanlaşacaq".