"Yerində olmayan məmurlar çoxdur" - Fazil Mustafa

"Yerində olmayan məmurlar çoxdur".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, turizmin inkişafının inhisarda olduğunu bilmirdi:

"Ölkəyə gələnləri test verməyəndə geri qaytarırlar. Deyirlər qayıt get testi İstanbulda ver. Niyə? Hava limanından 10 metr aralıda test vermək mümkündür".