Yerlan Koşanov: “Azərbaycan-Qazaxıstan əlaqələrinin qorunmasında Heydər Əliyevin müstəsna rolu var”

“Qazaxıstan və Azərbaycan arasında güclü əlaqələrin qurulması Heydər Əliyevin səyləri ilə bağlıdır”.

Sabahinfo.az-ın məlumatına əsasən, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov bildirib.

“Qazaxıstanda Heydər Əliyev çox səmimi siyasətçi, hörmətli şəxs olaraq qiymətləndirilir. İki ölkə arasında əbədi əlaqələrin qorunmasında Heydər Əliyevin müstəsna rolu var”, - deyə o əlavə edib.

Y.Koşanov bildirib ki, Heydər Əliyev türk ölkələri arasında əlaqələrin qurulmasında, inteqrasiyası sahəsində hər zaman mühüm addımlar atıb.

“Belə ki, Türk Dövlətləri Təşkilatının təməlinin qoyulması Heydər Əliyevin doğma şəhəri olan Naxçıvanda onun özü tərəfindən irəli sürülmüşdü. Digər tərəfdən, Azərbaycanın güclü iqtisadiyyatının olması da Heydər Əliyevlə bağlıdır. Bu gün qardaş Azərbaycan xalqı durmadan inkişaf edir. Biz bu uğurlara, sadəcə, sevinə bilərik”, - deyə Koşanov bildirib.