Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Yevlaxda müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri və gənclər iştirak ediblər.

Aksiya çərçivəsində şəhər ərazisinin relyefinə uyğun olaraq 500-ə yaxın müxtəlif növlü ağaclar əkilib və əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.