YOL POLİSİ ƏMƏKDAŞLARININ FƏDƏKARLIĞINI QIYMƏTLƏNDİRMƏK BORCUMUZDUR

Avtonəqliyyat vasitələri həyat tərzimizə möhkəm daxil olmuşdur. Günümüzü, güzəranımızı həmin vasitələrdən ayrı təzəvvür etmək çətindir. Nəqliyyat həm də iqtisadiyyatımızın arteriyasıdır, ünsiyyət vasitəidir, uzaq ünvanları yaxınlaşdırır, bizləri mənzi başına tez və rahat çatdırır.

Müxtəlif növ avtonəqiyyat vasitlərinin hərəkətinin paytaxt Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Şəkidə və digər şəhərərdə, qəsəbələrdə tənzimləyən sürət artımının qarşısını alan, qanunsuz vəziyyətdə avtomobil idarə edən, sürücülərin qarşısını alan Yol Polisi əməkdaşlarıdır. Onlar 24 saat ərzində asayişimizi qoruyur, nəqiyyatların hərəkətinə nəzarət edirlər. Bu da bir həqiqətdir ki, bəziləri hətta az sayda sosial şəbəkələr yol polisi əməkdaşlarını yersiz tənqid edir, sərxoş halda avtomaşının idarə edənləri, qəzalara səbəb olanları müdafiə edirlər.

Sosial şəbəkə olaraq biz YPX əməkdaşlarının yersiz tənqid edənləri, onların ünvanına böhtan atanları, bir sözlə, yol polisi xidmət əməkdaşlarının pisləyənlərı, qohum-əqrəbalarının tərəfini tutanları qınayırıq. Jurnalist sosial şəbəkə əməkdaşları tərəfsiz, qərəsiz, obyektiv mövqe tutmalı, ağa qara deməməlidir. Unutmayaq ki, yol polisi əməkdaşlarının işi çətindir, onlar sutka ərzində bizə xidmət edir, xoşagəlməz hadisələrin qarşısını vaxtında alırlar. Bir jurnalist olaraq YPX əməkdaşlarına təşəkkür edirəm. Işlərinizdə uğur səbir arzu edirəm.

Elnarə Həziyeva