"Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür" - Ərdoğan

“Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”, - o söyləyib.