"Zaman gələcək, hər kəs İlham Əliyevin şəklini ürəyinin üstündə gəzdirəcək" - Deputat

"Ölkəmizdə xəyanət hadisələri çox olub. Tərtər hadisələri, Aprel döyüşləri, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən xəyanətlər, özbaşınalıq, idarəsizlik və uzaqgörməzlik Qarabağın itirilməsi ilə nəticələndi və nə yaxşı ki, indi Qarabağ minlərlə şəhidin qanı bahasına və Prezident İlham Əliiyevin qətiyyəti və bacarığı nəticəsində azaddır"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. . 

"Bütün bu hadisələri incəliklə analiz edəndən sonra Əliyevlərin uzaqgörənliyinin bu dövləti xilas etdiyi qənaətinə gəlmişəm. Kənardan çox şey asan görünür. Amma, dövlət idarəçiliyi çox çətin və məşəqqətli vəzifədir. Nə yaxşı ki, Prezident, Mehriban xanım Əliyevanı Birinci vitse-prezidenti təyin etdi. Biz onun bu uzaqgörənliyini hələ bəlkə də tam dərk edə bilmirik, zaman gələcək, İlham Əliyevin şəklini hər kəs portmanatına qoyub ürəyinin üzərində gəzdirəcək.

Bu gün Mehriban Əliyevanın Birinci vitse-prezidentliyi stabillik, əmin-amanlıq, gələcəyə ümid rəmzidir, bir çox xain ünsürlərin yolunu bağlayan məsələdir. 

Biz 44 günlük dövrdən sonra yeni keçid mərhələsi yaşamağa məhkum edilmişik və dörd bir yanımız təhlükədir. Yan-yörəmizə minalar basdırıblar. İlham Əliyev və Mehriban Əliyeva bizi sağ-salamat bu minalı sahələrdən keçirir. Bunu görmək bu qədərmi çətindir?

Indi mənim və bir çoxları üçün siyasi mübarizə zamanı deyil, ölkəni təmizləmək yolu tutan prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dəstək zamanıdır. Məqam gözləyənlər, künсdə-bucaqda gizlənib fürsət qovlayanlar var. Bəzi məsələləri ağ kağızdan, yeni səhifədən başlamaq lazım gəlir. Bu bizim taleyimizdir".