Zelenski: Prezidentlik müddətim hələ başa çatmayıb

Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı kimi səlahiyyət müddətinin hələ başa çatmadığını düşünür.

Sabahinfo.az xəbər verir ki, bunu o, “Reuters”ə müsahibəsində deyib.

“Beş ilim (prezident kimi) hələ bitməyib. Bu, hərbi vəziyyətə görə davam edir”, - V.Zelenski vurğulayıb.

O, fəaliyyətini qiymətləndirə bilməyəcəyini bildirib: “Çünki bunun mənim tərəfimdən qiymətləndirilməsi etik deyil”.