“Xarkov istiqamətində vəziyyət gərgin olaraq qalır, biz hərbi bölmələrimizi gücləndiririk”.
Bu barədə Xarkovda səfərdə olan Ukrayna Prezident Volodimir Zelenski hərbçilərlə keçirdiyi müşavirdə bildirib.
Ukrayna lideri əlavə edib ki, Xarkov vilayətində vəziyyət nə qədər çətin olsa da, ümumilikdə nəzarət altındadır.