Ziyafət Əsgərov: "Prezident Fransa ilə bağlı tarixi faktlardan danışdı"

Milli Məclisin deputatı,hüquq elmləri namizədi, professor Ziyafət Əsgərov SABAHİNFO.AZ saytına açıqlama verib. Həmin açıqlamanı diqqətinizə çatdırırıq. 

-Hörmətli Ziyafət müəllim, Cənab Prezidentin Əlcəzair şəhərində Ərəb dövlətləri Liqasının 31 - ci Zirvə toplantısında çıxışı haqqında fikirləriniz marağlıdır.

-Prezident İlham Əliyev noyabrın 1- də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb dövlətlər Liqasının 31- ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi iştirak etdi.Eyni zamanda,bizim Ərəb dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var və biz müsəlman ölkələri ilə münasibətə xüsusi önəm veririk. 2017- ci il Azərbaycanda "İslam Həmrəyliyi İli " elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etmişdir.Bu idman tədbirinin kecrilməsinin məqsədi islam dövlətləri arasında birlik , həmrəylik yaratmaq idi. Prezident çıxışında COVİD - 19 bağlı da məqamlara toxundu və bildirdi ki, Azərbaycan koronavirusla bağlı 80 - dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmisdir.Pandemiya dövründə COVD-19 vaksinlərinin ədalətsiz bölgüsünü də nəzərə çatdırdı və qeyd etdi ki,həmin dövürdə biz peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsimizi ucaltdıq və vaksinlə bağlı ədalətsizliyə son qoydu. Cənab Prezident xususi vurğuladı iki il öncəyə qədər Azərbaycan torpaqlarının iyirmi faizi 30 il Erməni işğalı altında oldu.İşğal zamanı bir milyondan çox Azərbaycanlı qaçqın məcburi köçkünə çevrilmişdi.Ermənistan 1992 - ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədmisdir. BMT- nin təhlükəsizlik şurası Ermənistan qoşunlarının dərhal və qeyd - sərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də hec vaxt icra olunmamışdır.Bu qətnamə 30 il ərzində kağız üzərində qaldı. Amma biz iki il əvvəl bu münaqişəyə son qoyduq və bunu oz gücümüzlə etdik.Torpaqlarımızı azad etdik və biz torpaqlarımıza qayıtmışıq. Bəs qayıdandan sonra nə gördük? Hər bir şey yerlə yeksan olub ,dağıdılmış vəziyyətdə gördük.Məscidlərimiz,abidələrimiz dağıdılıb .Bütün bunları terorçu Ermənistan dövləti edib. İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Prezident Fransa ilə bağlı tarixi faktlarıdan danışdı. "Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır.Bu müharibe 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdi. Fransanı da eyni ilə Ermənistan dövləti kimi xalqa qarşı işğalçı,zorakılığı,qəddarlığını dünya heç zaman unutmamalıdır. Fransanın Ermənistanı müdafiə etməsi Fransanın iki üzlü olmasını göstərir. Fransa Əlcəzairdə insan kəllələrindən muzey düzəltmisdir.Amma Əlcəzair alimlərini muzeyə buraxmırlar. Biz Qənimətlər Parkını açanda Fransa öz etirazını bildirdi.Hansı ki ,biz parka Ermənistan silah və texnikası yerləsdirmişik ,insan kəllələri deyil.

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri