100-ə yaxın azərbaycanlı Ukraynaya qarşı döyüşməkdən imtina etdi - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə kommunal təminatla bağlı fasilələr əvvəlki günlərə nisbətən artıb.

Qeyd edilib ki, Poltava vilayəti son bir həftədir Rusiya Ordusunun hədəfindədir, daha çox raket və dron hücumlarına məruz qalır.

O da bildirilib ki, separatçıların elan etdiyi səfərbərlikdən sonra Luqanskda 100-ə yaxın azərbaycanlı Ukraynaya qarşı döyüşməkdən imtina edərək oranı tərk edib.