20 Yanvar- rəşadətə aparan yol

Azadlıq insan övladının ən ali arzularındandır. Bu yolda sinəsini sipər etmək, canından keçmək və heç bir qorxu tanımadan addım atmaq sonda yaşayacağın azadlıq şərbətinin özülünü təşkil edir. Lakin bu, hər zaman mücadilələrlə, savaşla, qanla əldə olunub. Tarix isə heç nəyi unutmur. 1990-cı ilin 20 Yanvar hadisələri də azadlıq arzusunun reallaşdırılmasının qarşısının alınması yönündə xalqımızın başlatdığı böyük hərəkatla bağlı həyata keçirilən məkrli siyasətin tərkib hissəsi idi. Belə ki, SSRİ rəhbərliyinin xain planı əsasında hazırlanmış və həyata keçirilmiş hadisələr zamanı sadə, əliyalın vətəndaşlarımız birlik, bərabərlik nümayiş etdirdi, Rus tanklarının qarşısına çıxdı,qorxmadı, usanmadı....

Tarixi faktlar da göstərir ki, imperiya siyasətində qan və istilablar davamlı və məqsədli şəkildə həyata keçirilib. “Siyasət kəndirinin kəsiləcəyinə” şübhə ilə yanaşan imperiya rəhbərləri sonda özləri bu kəndirdən “asılıb”lar. Zülmü, əziyyəti isə sadə xalqlar çəkib. Bəşəriliyə, dünyəviliyə düşmən kəsilənlər heç bir hərəkat xalq qarşısında tab gətirə bilmir. Elə Rus İmperiyası kimi. Azərbaycanda milli-azadlıq hərakatı artıq öz fəaliyyəti ilə diqqət cəlb edirdi. Xalqın azadlıq istəyini bu və ya digər formada boğmaq, xalqa göz dağı vermək yönündə hər hansı addım atılmalı idi. SSRİ rəhbərliyi isə bu addımı Bakıda həyata keçirməyi planladı.  Moskva Bakıya qoşun yeritdi. Günahsız insanların qırğınını həyata keçirdi.  İmperiyanın cəza mexanizminin həyata keçirilməsi planı baş tutmuşdu. Ancaq əsas məsələ diqqətdən yayınmışdı. Bu xalqın qətiyyəti, iradəsi və qəzəbi idi. Xalqın meydanlara axismasi, tankların önündə sinələrini super eləmələri planda yox idi. Hadisələr baş verən andan sonra İpmeria rəhbərliyi hadisələrin fonunu dəyişmək istəsə də buna nail ola bilmədi.

Bəli, Azərbaycan xalqının xilaskarı, ümumilli liderimiz Heydər Əliyev o zaman baş vermiş bu dəhşətli hadisəyə ilk reaksiya verən şəxs oldu.  Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdığı bir vaxtda, meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin gözə görünmədiyi zamanda Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, qəlblərdə ümid yaratdı. Bu uca səs xalqın təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Heydər Əliyev o ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mü­ba­rizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Dünya dövlətləri gördü ki, xalq bu fa­ciə­ni həm də qürur tarixi bilir. Xalqın şəhidlikdən keçən mübarizəsi dövlət müstəqilliyinin bər­pa­sının siyasi qarantı oldu.

Aradan keçən müddət ərzində 20 yanvar şəhidləri, bu qanlı hadisələr zamanı sağlamlığını itirən vətəndaşlarımızın sosial müdafiəsinin yüksəldilməsi ilə bağlı davamlı addımalr atılır. Onların mənzil, avtomobil təminatı yaxşılaşdırılıb. Dövlətimizin artan qüdrəti nəticəsində 20 yanvar hadisəsini biz hüzn deyil, milli qürur günü kimi qeyd edirik. Azərbaycan xalqının mərdlik səlnaməsi olan 20 yanvar hadisələrinin il dönümündə, eləcədə digər rəsmi tədbirlərdə şəhidlər xiyabanına gələn qonaqlar xalqımızın mərdliyi, şücaəti və rəşadəti önündə baş əyirlər!

İltizam Yusifov,

Milli Məclisin deputatı