"Muğam aləmi" festivalı 4-cü dəfə keçiriləcək

"Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçiriləcək. 2015-ci ilin 11-18 mart tarixində Azərbaycanda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.
Qeyd edək ki, festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.