"4 kənd təhvil verilməlidir" - Paşinyandan Əskipara sakinlərinə xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Baş nazir Voskepar (Əskipara - red.) sakinləri tərəfindən soyuq qarşılanıb. Belə ki, Paşinyan zala daxil olanda sakinlərin yarısı ayağa qalxmayıb. 

İclas iştirakçıları bildiriblər ki, Paşinyan Ermənistan Respublikasının xəritəsinin kiçik maketini yenidən göstərəndə, Jetıpart sakinlərindən biri buna etirazını bildirib. Baş nazir bəyan edib ki, Tavuş sərhəddində azərbaycanlıların yaşadığı 4 kənd təhvil verilməli, əks halda Azərbaycan tərəfi müharibəyə başlayacaq.

Paşinyan sakinləri 4 kəndin təslim edilməli olduğuna inandırmağa çalışıb. Voskepar sakinləri qeyd olunan 4 kəndin ərazilərinin Azərbaycana təhvil verilməsindən sonra Ermənistan-Gürcüstan, İcevan-Noyemberyan nəqliyyatının hərəkətinin dayandırılacağından narahat olduqlarını bildiriblər. Baş nazir bildirib ki, lazım gələrsə, orada avtomobil tunelinin qazılacaq. Yenokavan-Cücevan dağları ilə uzanan yol çəkiləcək.

Qeyd edək ki, erməni siyasətçi Armen Hovasapyan sözügedən kəndin xəritəsini paylaşaraq onun atıq təhvil veriləcəyini yazıb.