"50 vakant ştat vahidi üzrə 136 namizəd yazılı imtahanda iştirak edir" - Baş prokurorun müavini

Bu sözləri Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbul imtahanının ikinci – yazılı imtahan mərhələsinin açılışı zamanı çıxışında qeyd edib. 

Sabahinfo.az-ın məlumatına görə, Baş prokurorun müavini əlavə edib ki, hazırkı müsabiqənin yazılı imtahan mərhələsində 136 namizəd iştirak edir. 

Namizədlərdən 29-nun qadın olduğunu qeyd edən Heydər Məmmədov əlavə edib ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.