52 “İŞİD” terrorçusu məhv edildi

Iraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində  52 "İŞİD” silahlısı məhv edilib. "Sinxua” agentliyinin verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək "İŞİD” silahlısı öldürülüb. Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin Iraq və Suriyada "İŞİD”in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.