53 yaşlı qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır

Bakıda qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.