8 noyabr- müasir Azərbaycan tarixinin ən şərəfli günüdür

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətl Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılaraq, talan edilən, demək olar ki, yerlə yeksan edilən şəhər və kəndlərimizin əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması bir daha bütün dünyaya göstərdi ki, biz erməni işğalı ilə heç zaman barışmayacağıq. Tarixi torpaqlarımızın hərbi-siyasi yolla azad olunması ilə biz təkcə suveren hüquqlarımızı bərpa etmədik, eyni zamanda, əyilmiş qamətimimiz dikəltdik, özümüzə hörməti qaytardıq, şərəfimizi xilas etdik, Qarabağda, Şərqi Zəngəzurda işgəncəyə məruz qalan, qəddarcasına qətlə yetirilən şəhid və şahidlərimizin qisasını aldıq. Bu tarixi Qələbə ilə xalqımıza, dövlətimizə açıq və gizli şəkildə edilən təzyiqlərə boyun əymədiyimizi, ədaləti bərpa etmək üçün, doğma tarixi ərazilərimizi işğaldan azad etmək üçün hər bir fədakarlığa hazır olduğumuzu nümayiş etdirdik.

Azərbaycan xalqıson 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etniktəmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz minkvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğaledilmişdir. Bütövlükdə isə iki milyon yarım azərbaycanlı soyqırımı və deportasiya cinayətlərininqurbanı olmuşdur. 44 gün davam edən və qələbə ilə nəticələnən Vətən Müharibəsindən sonra Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başlanmışdır. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir.

Əlbəttə ki, bu ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Hələ 1993-cü ildə ölkədəki mövcud xaos, gərgin hərbi-siyasi vəziyyət, iqtisadi-siyasi böhran nəinki vətəndaş müharibəsinə, hətta Azərbaycanının siyasi xərtiədən silinməsinə, bir dövlət kimi qalması böyük sual altında idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkə başçısı İlham Əliyev tərəfindən daha da gücləndirildi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas məqsədi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Bunun üçün ilk növbədə, ölkəmizin iqtisadi imkanları artmalı, gücləndirilməli idi. . Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. 30 ilə yaxın Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərirdi, ərazi bütövlüyümüzə xələlə gətirən bütün proseslərin qarşısını alırdı. Lakin eyni zamanda, güclü ordu yaradırdı. Çünki, Ulu Öndərin dediyi kimi, “ Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi Azərbaycan Ordusunun 5-ci nəsil müharibəsini aparmaq gücündə olduğunu göstərdi. Şuşa və digər hərbi əməliyyatlar bü gün dünyanın müasir hərb tarixinə düşdü, bir çox ölkələrinin mütəxəssisləri tərəfindən dərində öyrənilir. Azərbaycan eyni zamanda, bütün bu dövr ərzində bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Lakin ölkəmizə qarşı ikili yanaşmalar, işğalçı ilə işğala məruz qalan tərəfə eyni, bəzən isə haqsız münasibət, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalması və icra olunmaması, həmçinin Ermənistanın davamlı olaraqatdığı təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətmişdir. İşğal olunmuş ərazidə erməni vandalları bütün şəhər və kəndlərimizi qarət etmiş, dağıtmış və yandırmış, milli-mədəni və tarixi irsimizi xüsusi qəddarlıqla məhv etmişlər. İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlığı Təşkilatının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi. Bir məsələni xüsusi ilə qeyd etmək lazımdır ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi və dəstək Qəlbəyə olan inamı daha da gücləndirdi. Keçən il tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün sahələrdə göstərir. Azərbyacan və Türkiyə bu gün sevincini və kədərini bərabər bölüşən bir millət, iki dövlətdir. Bu qardaşlıq, dostluq heç vaxt inidi ki qədər sıx olmamışdır. Burada Azərbyacan Prezidenti İlham Əliyev və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsan rolu və misilsiz xidmətlərini vurğulamaq lazımdır.

Xalqımız məğlubiyyət sindromundan azad olaraq, qalib xalqa çevrildi. Bu tarixi və şanlı Qələbənin əsasında son 29 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomeni dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Qeyd etmək lazımdır ki, ölkə başçımız müharibə dövründə bir neçə cəbhədə cəsarətlə mübarizə aparırdı. Ona və dövlətimizə edilən siyasi təzyiqlərə cavab vermək, diplomatik və infirmasiya müharibəsində Azərbaycanın haqlı mübarizəsini və mövqeyini müdafiə edtmək, hərb meydanında döyüş əməliyyatlarına rəhbərıik etmək, bu sahədə taktiki və starteji planlar qurmaq- bütün bunlar çox büyük məsuliyyətli idi. Bir xalqın, bir dövlətin var olmaq, özünü təsdiq etmə\ək məsuliyyətini öz üzərinə götürən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqına, ordusuna inanır, ondan güc alırdı. Gərgin və mürəkkəb iş çşəraitinə baxamyaraq yaralı əsgərləri ziyarət edir, dinc əhaliyə qarşı törədilmiş terror aktlarına məruz qalan vətəndaşları bir an belə nəzərindən qaşırmırdı. Həmin günlərdə xalq etdiyi müraciətlər, verdiyi müsahibələr hər birimizdə bir inam yaradırdı. Dövlət başçımız xalqı birləşdirməyi bacardı, xalq Prezident İlham Əliyevin Ətrafında çıx birləşmişdir. Siyasi partiyalar birgə bəyanatlarla (yalnız AXCP, Müsavat Partiyası və “Milli Şura” adlı təşkilat birgə tədbirlərdə iştirak etməmişdirlər).öz dəstəklərini verdilər.

Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları, onun yaralı əsgərlərimizə, qazilərə göstərdiyi qayğı və diqqət bir daha göstərir ki, bu dövlət öz qazisini, şəhidinin əmanət qalmış ailəsini heç zaman unutmur.

Artıq Azərbaycan tək Cənubi Qafqazda deyil, regionda yeni reallıq yaratmışdır və bununla hər kəs hesablaşmalıdır. Ölkəmizin tarixində yeni səhifə başlanır. Azərbaycanın yeni quruculuq missiyası başlanır. Ölkə başçısının dediyi kimi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu prosesdə hər bir vətəndaş iştirak etməli, öz töhfəsini verməlidir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilmişdir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, eləcə də yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin işə düşməsi, müvafiq layihələrin həyata keçirilməsi bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcəkdir.

İnanrıq ki, Ermənistan tərəfi, revanşist qüvvələr və onların havadarı olan dövlətlərin çağırışlarını deyil, yaranmış tarixi imkanı və şəraiti düzgün dəyərləndirəcək və Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında aparılan sülh danışıqlarına adekvat cavab verəcəkdir. Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər yalnız bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında qurula bilər.

Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyumuşdur. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə slüh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova